Lesesaal1

ALMAN OXU ZALI BAKI

Alman oxu zalı 1998- ci ildə yaranmışdır. Azərbaycan Dillər Universitetinin və Goethe-İnstitutunun uğurlu layihəsidir. Əsas məqsəd Azərbaycanda alman dili öyrənən publikanı Almaniyanın mədəni, iqtisadi həyatı barədə məlumatlandırmaq və alman mədəniyyətini, tarixini , dilini genişləndirməkdir. Alman oxu zalı Almaniya Federativ Respublikasının Goethe- İnstitutu tərəfindən dəstəklənir.  Alman oxu zalı yalnız kitabxana kimi deyil, mədəni tədbirlər mərkəzi ( seminarlar, mühazirələr, danışıq klubları) kimi də fəaliyyət göstərir. Alman oxu zalı ilk öncə kitabxana funksiyası daşıyır və buranın ümumi fondu hal–hazırda 4630-dir və bu fonda almanca nəşr olunan kitablar, CD-lər, DVD-lər daxildir.
Alman oxu zalında siz alman dilində kütləvi informasiya vasitələrinin toplusunu, tərcümələr: kitablar, jurnallar, filmlər, musiqi və müxtəlif oyunlar əldə edə bilərsiniz. Kitabxanamızda aktual mövzular və kütləvi informasiya vasitələri haqqında məlumatı əldə edin və Almaniya ilə daha yaxından tanış olun.


lesesaal logo

Ünvan: Təbriz küç. 81, AZ1014, Bakı, Azərbaycan
Tel.: +994 12 5642246
İş saatları: Bazar ertəsi - Cümə, saat 09:00 - 17:30
E-Mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Facebook: Deutscher Lesesaal Baku - Alman oxu zalı