20112019

GUNTER KENNEL
ORQAN KONSERTİ

Gunter Kennel – 1961-ci ildə Vestpfaltsda doğulub və böyüyüb, 1980-cı ildən 1989-cu ilədək Münxen və Londonda Yevangelist kilsə musiqisi (A), orqan və ilahiyyət üzrə təhsil almışdır. 1989-cu ildə orqan təhsilini master-klass diplomu ilə bitirmişdir. Onun orqan müəllimləri Franz Lehrndorfer və Nicolas Kynaston olub.Təhsil aldığı müddət ərzində Münxendə və 1992-ci ildən etibarən müxtəlif musiqi üslubların təbliğ edildiyi iki tanınmış konsert kilsəsi olan Berlin-Kreusberqdəki Passion kilsəsi və Müqəddəs Xaç Kilsəsində kilsə müsiqiçisi kimi fəaliyyət göstərmişdir. Bu musiqi üslubları ilə orada toplaya bildiyi təcrübələri stilistik sərhədləri və eksperimental elementləri ilə reallaşdırılan konsert proqramlarına təsir göstərir.

Orqan ifaçısı və dirijor kimi o, ölkəsində və xaricdə keçirilən konsertlərdən təcrübələr qazanır. Konsert turları onu bir çox Avropa ölkələri ilə yanaşı ABŞ və Cənubi Afrikaya da aparıb çıxarmışdır. Bundan əlavə, çoxsaylı CD, televiziya və radio səsyazılarında iştirak etmişdir. O, bəstəkar kimi orqan və xor musiqisi sahəsində çıxış edirdi. 1 sentyabr 2002-ci ildə Gunter Kennel Berlin-Brandenburq əyalətində yerləşən qədim Yevangelist Kilsəsinə musiqi direktoru təyin olunmaqla Berlindəki Kaiser–Wilhelm-Xatirə Regional Kilsəsindən orqan musiqisi ilə bağlı yeni tapşırıq aldı.

2004-cü ildən etibarən Berlin Brandenburg-Silesian Oberlausits Yevangelist Kilsəsində regional kilsə musiqi rəhbəri vəzifəsini icra edir. O, ilahiyyat doktoru olaraq 2011-ci ildən Humboldt Universitetində və Berlindəki İncəsənət Universitetində kilsə musiqisi fənnindən dərs deyir. Onun nəzəriyyəsi musiqi ilə din arasındakı əlaqənin teoloji aspektlərinə dair çoxsaylı nəşrlərin yaranması ilə nəticələndi.