SR

İPƏK YOLU FESTİVALI

Bakı Höte-Mərkəzinin "İpək Yolu" layihəsi 2017-ci ilin 5-14 dekabr tarixlərində Bakının müxtəlif məkanlarında keçirilən mədəni tədbirlər silsiləsidir. Höte-Mərkəzi təkcə alman mədəniyyətinin təbliği üçün deyil, eyni zamanda İpək yolunun müsbət mifinin güclü metafora olduğu beynəlxalq mədəni əməkdaşlığın təşviqi üçün də səy göstərməkdədir.

Azərbaycanın əməkdar artisti, görkəmli musiqiçi və bəstəkar Rain Sultanovun idarəçiliyi ilə LebiDerya (Almaniya), Divan der Kontinente Orchestra (Almaniya), Rain Lab – İdil Meşe & Da Poet (Türkiyə), Asia Tengri & Nazgül Şukayeva (Qazaxıstan), TSU Art (Gürcüstan), Rain Sultanov və İsfar Sarabski (Azərbaycan) ifalarında Kapellhausda, Kamera və Orqan Musiqisi Zalında (daha çox “Kirxa” kimi tanınır) və Landmark otelin Rotunda Caz Klubunda keçirilən silsilə konsertlərdə ipək yolunun keçdiyi dövlətlərin musiqi mədəniyyətinin müxtəlifliyi və zənginliyi təqdim olunur.

Daha ətrafl ıməlumat üçün: https://www.silkroad-fest.com; E-Mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.