poster 131220178

"10 (-35) İNSTALYASİYASI"
FAİQ ƏHMƏD


Faiq Əhməd – xalça konsepsiyasının yenidən mənalandırılmasına görə məşhurlaşan, Azərbaycanın ən sayılıb-seçilən rəssamlarından biridir. İlk əvvəl, XIX əsrin sonları XX əsrin əvvəllərinə aid olan ənənəvi xalça naxışlarının rəqəmsal deformasiyasını əks etdirən erkən əsərlərini ərsəyə gətirmək məqsədilə toxucular və xalçaçılar axtaran zaman, o, Azərbaycanın milli irsi hesab edilən xalçaçılıq sənətinə qarşı aparılan bu cür eksperimentlər, müəyyən skeptisizmlə qarşılanmışdı. Rəssamın əsərləri, öz formalarına görə innovativ olsa da, prosesin özü bilavasitə ənənələrdən qaynaqlanır; əslində, əsrlər boyu əllə toxunan xalçaçılıq sahəsində çox az şey dəyişib.
Faiq Əhmədin “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində quraşdırılmış “10(-35)” adlı genişmiqyaslı xalça instalyasiyası, rəssamın Bakıda ictimaiyyətə nümayiş etdirilən ən böyük sənət əsərlərindən biridir. Xalçanın uzunluğu təxminən 16 metrdir və o, üç müstəviyə bölünür.
Faiq Əhmədin əsərləri Los-Anceles Dairəsinin İncəsənət Muzeyində, Sietl İncəsənət Muzeyi, “Palm Springs” İncəsənət Muzeyi, RISD Muzeyi, “Chrysler” İncəsənət Muzeyi (ABŞ), “Bargoin” Muzeyi (Fransa), Viktoriya Milli Qalereyasının (Avstraliya) ictimai kolleksiyalarında, həmçinin, bir sıra digər kolleksiyalarla yanaşı, Qərb Kolleksiyası (Filadelfiya), Bet Rudin De Vudi kolleksiyası (Nyu-York), Galila Barzilaï-Hollander kolleksiyası (Brüssel), Zati-aliləri Şeyx Zayed bin Sultan Xəlifə Əl-Nahyanın (BƏƏ) şəxsi kolleksiyalarında saxlanılır.
Faiq Əhməd Bakıda yaşayır və fəaliyyət göstərir.